o baş bu başa (hər iki tərəfə)

there and back / both ways / the way there and the way back в оба конца (туда и обратно)
O asılmağa hazırlaşsın (o cavab verməli olacaq)
o başa bu başa
OBASTAN VİKİ
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az-əbcəd. او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az-əbcəd. مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
O olmasın, bu olsun (film, 1956)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
Tərəfə ibn əl-Əbd
Tərəfə ibn əl-Əbd (təq. 543, Bəhreyn – təq. 569) — ərəb şairi. Tərəfə ibn əl-Əbd ərəblərin çox istedadlı şairlərindən biri olmuşdur. Belə ki, cəmi 26 il ömür sürməsinə baxmayaraq, ərəblərin fuhul şairlərindən sayıla bilər. Tərəfə əslən Bəkr ibn Vail qəbiləsindən idi. O, 600-cü ildə dünyaya gəlmişdir. Onun həyatı ağır keçmişdir. Belə ki, hələ uşaqkən, atası dünyasını dəyişmişdi. Qəbilə qanunlarına görə ailənin mülkiyyəti əmilərinin nəzarəti altına keçirilmişdi.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Bu bizik
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
Bu Şəhərdə
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərov Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, sondur
Bu sondur (ing. This Is the End) — 2013-cü il Amerika qorxu komediya filmi. Rejissorluğu Set Rocen və Evan Qoldberqin etdiyi filmin baş rollarında Set Roqen, Ceyms Frenko, Cona Hill, Cey Baruşel, Danni Makbrayd və Kreyq Robinson yer almaqdadır. Film 14 iyun 2013-cü ildə təqdim edildi və tənqidçilərdən müsbət rəylər aldı.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Altmış iki
Altmış iki — say sistemində ədədlərdən biridir. Altmış birdən sonra, altmış üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 31 və 62 ədədlərinə qalıqsız bölünür.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş iki
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
İki adası
İki (yap. 壱岐島) — Yaponiyaya məxsus olan Tsuşima boğazında yerləşən ada. Kyuşu adasından 20 km aralıda yerləşir. İnzibati cəhətdən Naqasaki prefekturası ərazisində yerləşir. Əsas yaşayış məntəqəsi İki şəhəridir. İki vulkan məşəlli ada olub Tsuşima adası ilə Kyusyu adası arasında yerləşir. Adanın sahəsi 138,5 km², şimaldan cənuba olan məsafə 17 km, şərqdən qərbə olan məsafə 15 km təşkil edir. Ən hündür nöqtəsi 213 m olan Takenosuci vulkanıdır. Sonuncu püskürmə 0,6–0,9 milyon il öncə püskürmüşdür. İsti Kurisio cərəyanının təsirinə məruz qalır.
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
İyirmi iki
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
İki sahil
"iki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin Baş redaktoru Vüqar Rəhimzadədir. Azərbaycan mətbuatının formalaşmasında öz yeri olan "iki sahil" qəzetinin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb. "iki sahil" qəzeti nəşrə başladığı dövrdən bir missiyanı yerinə yetirib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın Ulu Öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur "91-lər"in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri "iki sahil" olub. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində "iki sahil" qəzeti haqqında deyib: Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun olaraq atdığı addımlar; Prezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə ehtiva edən siyasəti nəticəsində qazanılan uğurlar; SOCAR-ın və onun strukturlarının gördüyü işlər; Qəzet SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. "İki sahil" şirkətin və onun strukturlarının həyata keçirdiyi tədbirləri, nəticələrini operativ şəkildə ictimaiyyətə çatdırır. "İki sahil" qəzetinin nəşrə başlamasından 30 il ötür". report.az.
İki qüllə
İki qüllə — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən ikincisi. Ondan əvvəl "Üzük qardaşlığı", ardınca isə "Kralın qayıdışı" gəlir. Cildin adı qeyri-müəyyəndir, çünki hekayədə beş qüllənin adı çəkilir və Tolkin özü iki qüllənin ziddiyyətli identifikasiyalarını vermişdir. Narrativ qarışıqdır və bu, Tolkinə məzmunu şübhə və sürpriz içində qurmağa imkan verir. Cild əsasən tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Onlar bunu həyəcanlı və cəlbedici hesab etmişdilər. Burada epik povesti qəhrəmanlıq romantikası ilə birləşdirilmişdir.